"Zirə"li legionerlər ölkələrinin millilərinin qələbələrinə töhfə verdi

08:40 Zirə 109
"Zirə"li legionerlər ölkələrinin millilərinin qələbələrinə töhfə verdi

"Zirə"nin futbolçuları milli komandalarının heyətində növbəti oyunlarını keçiriblər.

Sportinfo.az xəbər verir ki, Rikardo Martins Mozambik yığmasının heyətində Sudana qarşı matçda iştirak edib.

O, 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada qol və məhsuldar ötürmə müəllifi olub.

Ange Mutsinzi isə Ruanda millisinin heyətində səfərdə Kabo Verde ilə görüşdə meydana çıxıb. Müdafiəçi komandasının 2:1 hesablı qələbəsində bir məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM