Millinin baş məşqçisi ilə Ronaldo arasındakı gərginlik aradan qalxdı

00:20 Dünya futbolu 119
Millinin baş məşqçisi ilə Ronaldo arasındakı gərginlik aradan qalxdı

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus komandanın 41 yaşlı hücumçusu Kriştiano Ronaldo ilə yaranmış münaqişəni həll edib.

Ronaldo UEFA Millətlər Liqasının ikinci turunda Norveç yığması ilə keçirilən oyunda (2:1) Portuqaliya millisinin start heyətində yer almayıb.

Üstəlik, hücumçu matçın tamamını ehtiyat oyunçular oturacağında keçirib. Bundan sonra Ronaldo emosional reaksiya verərək, milli komandanın məşqini boykot edib.

Sportinfo.az “Observador”-a istinadən xəbər verir ki, Jezus Ronaldo ilə söhbət edib və tərəflər yaranmış bütün məsələləri həll ediblər.

Futbolçu və baş məşqçi qarşıdakı oyunlara köklənmək qərarına gəliblər. Bununla belə, baş məşqçi Ronaldoya start heyətində yer alacağına zəmanət verməyib.

Portuqaliya millisi oktyabrın 1-də səfərdə Danimarka yığması ilə qarşılaşacaq. Oyunun start fiti saat 22:45-də səslənəcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i