Azərbaycan komandası müstəqillik dövründə çoxsaylı baş məşqçilərlə çalışıb.
Bu tarixə baxanda yalnız nəticələrə deyil, müxtəlif məşqçi məktəblərinə, yerli və əcnəbi mütəxəssislərin yanaşmalarına, komandaya verdikləri futbol fəlsəfəsinə və həmin dövrün ümumi futbol mühitinə birlikdə baxmaq lazımdır.
1992-ci ildən bu günə qədər Azərbaycan millisinin başında həm yerli, həm də xarici mütəxəssislər dayanıb. Bəziləri qısa müddət işləyib, bəziləri illərlə komandaya rəhbərlik edib.
Statistik baxımdan ən uzunmüddətli dövr Berti Foqtsun adı ilə bağlıdır. O, 2008–2014-cü illərdə 71 oyunda komandaya rəhbərlik edib: 15 qələbə, 22 heç-heçə və 34 məğlubiyyət. Qələbə faizi - 21,1.
Əhməd Ələsgərovun ilk məşqçilik mərhələsində Azərbaycan millisi 1 oyun keçirib, 0 qələbə, 0 heç-heçə və 1 məğlubiyyət əldə edib.
Onun növbəti qayıdışında isə komanda 9 oyunda 1 qələbə, 2 heç-heçə və 6 məğlubiyyət qeydə alıb. Bu göstərici 11,1 faiz qələbə deməkdir.
Ələkbər Məmmədov Azərbaycan millisində 4 oyuna çıxıb. Bu oyunlarda 3 qələbə, 1 heç-heçə və 0 məğlubiyyət əldə edilib. Qələbə göstəricisi 75 faiz təşkil edib.
Kazbek Tuayevin rəhbərliyi altında komanda 11 oyun keçirib. Bu qarşılaşmalarda 3 qələbə, 3 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. Qələbə faizi 27,3 faiz olub.
Ağasəlim Mircavadovun dövründə Azərbaycan millisi 9 oyun keçirib və bu oyunların heç birində qələbə qazana bilməyib. Komandanın göstəricisi 0 qələbə, 0 heç-heçə və 9 məğlubiyyət, qələbə faizi isə 0 faiz olub.
Vaqif Sadıqov yığmaya iki ayrı mərhələdə rəhbərlik edib. İlk etapda komanda 20 oyunda 6 qələbə, 3 heç-heçə və 11 məğlubiyyət əldə edib.
Bu, 30 faiz qələbə göstəricisi deməkdir. İkinci mərhələdə isə Sadıqovun rəhbərliyi altında milli 8 oyun keçirib: 1 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət. Qələbə faizi həmin mərhələdə 12,5 faiz olub.
İqor Ponomaryovun rəhbərliyi altında 15 oyunda 2 qələbə, 2 heç-heçə və 11 məğlubiyyət əldə etmişik. Qələbə göstəricisi - 13,3 faiz.
Əsgər Abdullayevin dövründə 9 matç keçirmişik. Bu oyunlarda 1 qələbə, 2 heç-heçə və 6 məğlubiyyət qeydə alınıb. Qələbə faizi 11,1 faiz olub.
Braziliyalı dünya çempionu Karlos Alberto Torres Azərbaycan millisində 18 oyuna çıxıb. Onun rəhbərliyi altında komanda 2 qələbə, 6 heç-heçə və 10 məğlubiyyət əldə edib. Qələbə göstəricisi 11,1 faiz olub.
Şahin Diniyevin rəhbərliyi altında 20 oyuna çıxmışıq. Bu oyunlarda 4 qələbə, 7 heç-heçə və 9 məğlubiyyət qeydə alınıb. Qələbə faizi 20 faiz təşkil edib.
Almaniyalı Berti Foqts Azərbaycan millisində ən uzun müddət çalışan baş məşqçilərdən biri olub.
Onun rəhbərliyi altında milli komanda 71 oyun keçirib. Bu oyunların 15-də qələbə, 22-də heç-heçə, 34-də isə məğlubiyyət qeydə alınıb. Qələbə göstəricisi 21,1 faiz olub.
Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi 23 oyun keçirib. Komanda bu qarşılaşmaların 6-da qələbə, 6-da heç-heçə və 11-də məğlubiyyət əldə edib. Qələbə faizi 26,1 faiz təşkil edib.
Qurban Qurbanovun millini 12 matça çıxarıb. Bu müddətdə Azərbaycan 4 qələbə, 5 heç-heçə və 3 məğlubiyyət əldə edib. Qələbə göstəricisi 33,3 faiz olub.
Nikola Yurçeviçin rəhbərliyi altında 10 oyun görmüşük - 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Qələbə faizi 10 faiz təşkil edib.
Canni De Byazi ilə 39 oyunun həyacanını yaşamışıq. Bu oyunların 10-da qələbə, 8-də heç-heçə və 21-də məğlubiyyət əldə edib. Qələbə göstəricisi 25,6 faiz olub.
Arif Əsədov bura müvəqqəti baş məşqçi kimi rəhbərlik etdiyi dövrdə 4 oyun keçirib. Bu qarşılaşmalarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət qeydə alınıb. Qələbə faizi 50 faiz təşkil edib.
Fernando Santosun rəhbərliyi altında Azərbaycan millisi 11 oyun keçirib. 0 qələbə, 2 heç-heçə və 9 məğlubiyyət qeydə alınıb. Qələbə göstəricisi 0 faiz olub.
Ayxan Abbasovun rəhbərliyi altında isə hələlik 10 oyun keçirmişik. Bu qarşılaşmalarda 3 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət qeydə alınıb. Beləliklə, onun qələbə göstəricisi 30 faiz təşkil edir.
Bu siyahıda ən diqqətçəkən məqam odur ki, Azərbaycan millisində uzunmüddətli və yüksək qələbə faizi ilə seçilən məşqçi dövrü çox az olub.
Məsələn, Qurban Qurbanovun 2018-ci ildəki 12 oyunda 4 qələbə, 5 heç-heçə və 3 məğlubiyyətlik göstəricisi 33,3 faiz qələbə təşkil edib.
Robert Prosineçkinin 23 oyunda 6 qələbəsi, 6 heç-heçəsi və 11 məğlubiyyəti olub. De Byazinin uzunmüddətli dövründə isə 39 oyunda 10 qələbə, 8 heç-heçə və 21 məğlubiyyət qeydə alınıb.
SPORTİNFO.AZ
