Millinin sabiq müdafiəçisi Mahir Şükürov yenidən Premyer Liqaya qayıtmaq fürsəti yaxalayıb.
Bu dəfə funksioner kimi.
«Şəfa» 43 yaşlı veteran oyunçuya dəvət göndərib. 22 ildən sonra elita səhnəsinə dönmüş paytaxt təmsilçisi ona klubda yüksək postlardan birini tutmağı təklif edib. Hazırda tərəflər arasında danışıqlar gedir.
Şükürov 10 il qabaq oyunçu karyerasını başa vurub. «Neftçi» ilə vidalaşan kimi butsılarını mıxdan asan müdafiəçi həmin vaxtdan bəri bir qədər kölgəyə çəkilib.
Bu zaman kəsiyində müxtəlif layihələrə baş vurub, biznes sferasına girişib. Yaxınlarda isə Sumqayıt şəhərində özünün futbol məktəbini açıb.
SPORTİNFO.AZ
