Marko Yankoviç Ermənistana qarşı oyunun ən yaxşısı seçilib.
Bu barədə Monteneqro mətbuatı xəbər yayıb.
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi UEFA Millətlər Liqasının səfər oyununda fərqlənib.
O, C liqasının 2-ci qrupunun oyununda komandasının 3:2 hesablı qələbəsində önəmli rol oynayıb.
90 dəqiqə meydanda olan Marko komandasının 3 dəfə hesabda önə keçməsinə töhfə verib. Beləliklə Monteneqro yığması ardıcıl 2 qələbə ilə qrupunun lideri olub.
