Avropanın ən yaxşı futbol oynayan iki komandası hansıdır?

1 Oktyabr 01:40 Dünya futbolu 334
Avropanın ən yaxşı futbol oynayan iki komandası hansıdır?

“Barselona”nın prezidenti Xuan Laporta 2026/27 mövsümündə ən yaxşı futbol nümayiş etdirən iki komandanın adını açıqlayıb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub rəhbəri “Barselona” və PSJ-nin hazırda Avropada ən yaxşı futbolu oynadığını bildirib:

“Hazırda “Barselona” və PSJ Avropada ən yaxşı futbolu nümayiş etdirir. Parislilər Çempionlar Liqasının son qalibidir, biz isə gözəl oyun sərgiləyirik.

“Barselona” ilə PSJ arasındakı matç Avropa mövsümünün əsas qarşılaşması olacaq”.

“Barselona” və PSJ Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcək. Qarşılaşma oktyabrın 20-də Parisdə keçiriləcək.

“Barselona” Avropanın ən nüfuzlu klub turnirinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti