ÇL-in oyunu Tovuza salındı, “Turan” Yevlaxa göndərildi

01:00 Turan 149
ÇL-in oyunu Tovuza salındı, “Turan” Yevlaxa göndərildi

Misli Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində voleybolçu qadınlar arasında Çempionlar Liqası çərçivəsində “Turan” VK – “Mladost” (Xorvatiya) oyununun keçirilməsi ilə bağlı ümumi təşkilati və infrastruktur məsələlərini rəhbər tutan “Turan Tovuz” Peşəkar Futbol klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Klub müraciətdə Misli Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan “Turan Tovuz” – “İmişli” oyunu ilə 18-ci turdakı “İmişli” – “Turan Tovuz” qarşılaşmasının yerinin dəyişdirilməsi ilə bağlı istəyini ifadə edib.

“Turan Tovuz”un müraciəti, “İmişli”nin razılıq məktubunu nəzərə alan PFL ölkəmizdə baş tutacaq Çempionlar Liqası qarşılaşmasının daha yaxşı təşkil olunmasını rəhbər tutaraq “Turan Tovuz” və “İmişli” klubları arasında 1-ci və 2-ci dövrədə baş tutacaq oyunların yerini dəyişib.

Beləliklə, 8-ci turda bu komandalar arasındakı oyun 18 oktyabr saat 15:00-da Yevlax şəhər stadionunda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i