Bəh-bəhlə təriflədiyimiz "Sampdoriya"lı hücumçumuz budur?

22:40 Milli komanda 198
Bəh-bəhlə təriflədiyimiz "Sampdoriya"lı hücumçumuz budur?

Bəh-bəhlə təriflədiyimiz Lorenzo Mezzotero budur?

Azərbaycan (U21)–Çexiya (U21) oyununun ikinci hissəsinə baxanda qeyri-ixtiyari ağlımdan bu cümlə keçdi.

Hazırda İtaliyanın “Sampdoriya” klubunun U-20 komandasında çıxış edən forvard mətbuatda çox müzakirə olunur, sosial şəbəkələrdə haqqında çox danışılır.

İtaliyada hər dəfə qol vuranda manşetləri bəzəyir.

Açığı, mənim də bu futbolçu ilə bağlı ümidlərim böyük idi, gözləntilərim çox idi. Hətta yaxın gələcəkdə əsas milli komandanın əsas qol ümidlərindən birinə çevriləcəyini düşünürdüm.

Amma Gənclər millisindəki performansı heç də yaxşı siqnallar vermədi.

İkinci hissədə meydana daxil olan “Neftçi”nin yetirməsi ciddi heç nə ilə yadda qalmadı.

Bir epizodda belə diqqət mərkəzinə düşmədi. Hansısa epizodda “Sampdoriya”nın futbolçusu olduğunu, bu klubun əsas komandasının məşqlərinə qatıldığını göstərən bir element görmədik.

Hətta açıq deyim ki, müqayisə aparsaq, ilk hissədə meydanda olan “Neftçi”yə məxsus, hazırda “Araz-Naxçıvan”da icarə əsasında çıxış edən Ağdadaş Saliyanski daha keyfiyyətli oyunu ilə seçildi.

Onun faydalı iş əmsalı daha yüksək idi. Hücum fazasında gənclərimizə daha çox fayda verə bilərdi.

Ona görə də Lorensodan gözləntilərin böyük olduğu bir vaxtda, ən azı bu oyundakı performansı həmin gözləntiləri doğrultmadı.

Deməli, ehtiyatda qalması elə ədalətli qərardır.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti