“Erzurumspor” Nəriman Axundzadəni qışda yola salmaq niyyətindədir?

01:20 Bizimkilər 107
“Erzurumspor” Nəriman Axundzadəni qışda yola salmaq niyyətindədir?

Nəriman Axundzadənin çıxışı klubu “Erzurumspor”da birmənalı qarşılanmır.

Sportingo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu Superliqa klubundan ayrıla bilər.

ABŞ-nin “Kolumbus Kryu” klubundan birillik icarəyə götürülən forvard “Erzurumspor”un heyətində hələ ki, cəmi 3 oyunda meydana çıxıb və hər üçündə sonradan mübarizəyə qoşulub.

Bu qarşılaşmaların heç birində nə qol, nə də assistlə komandasına kömək edən Axundzadənin performansı onun klubdakı gələcəyi ilə bağlı sualları cavablandırır.

Türkiyə klubunun məşqçi heyəti Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində Çexiya ilə ev oyununu izləyib.

Matça start heyətində daxil olan Nəriman 77 dəqiqə meydanda qalsa da, çıxışı ürəkaçan olmayıb.

Bu cür oynamaqda davam edəcəyi təqdirdə “Erzurumspor” rəhbərliyi mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququndan yararlanmamağı planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i