Paytaxt klubu yanvarda onu satmaq istəyir - Az oynayır, çox maaş alır

10 Noyabr 2023 00:10 İngiltərə 738
Paytaxt klubu yanvarda onu satmaq istəyir - Az oynayır, çox maaş alır

“Arsenal” yanvarda yarımmüdafiəçisi Tomas Parteyi satmaq variantını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, qanalı futbolçunun böyük ehtimalla klubdan getməsinin əsas səbəbi çoxsaylı zədələrdir.

O, İngiltərə klubunda dörd il ərzində hər cür zədə səbəbindən 51 matçı buraxıb. Partey həm də həftədə 200.000 funt sterlinq gəlirlə klubda ən çox maaş alan oyunçulardan biridir.

30 yaşlı yarımmüdafiəçi 2020-ci ilin oktyabrında “Atletiko”dan “Arsenal”a keçib. Transfer məbləği 50 milyon avro olub. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“Arsenal” Premyer Liqanın 11 turundan sonra 24 xalla dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə “Mançester Siti” başçılıq edir (27 xal).

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı