Şans qazanmayan “Sabah”ın rəqibinin hücumçusu narazıdır

10:20 İngiltərə 104
Şans qazanmayan “Sabah”ın rəqibinin hücumçusu narazıdır

“Arsenal”ın hücumçusu Viktor Qyokereş əsas heyətdəki yerini itirdikdən sonra gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yuventus”, “Milan”, Səudiyyə Ərəbistanının “Əl-Əhli” və “Əl-İttihad” klubları isveçli futbolçu ilə maraqlanır.

Forvardın özü də “Arsenal”dakı vəziyyətindən narazıdır. Çünki baş məşqçi Mikel Arteta hücum xəttində Kay Havertsə üstünlük verir.

Qyokereş 2025-ci ilin iyulunda, 63,5 milyon avro və bonuslar qarşılığında “Sportinq”dən “Arsenal”a transfer olunub.

“Arsenal” UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibidir. Komandalar yanvarın 28-də İngiltərədə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"