“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı il dünya çempionatının yarımfinalında Argentina yığmasına məğlubiyyətdən sonra rəqibin kapitanı Lionel Messi ilə söhbətini xatırlayıb.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, həmin qarşılaşmadan sonra 39 yaşlı futbolçuya hörmət göstərməyin vacib olduğunu bildirib:
“Həmin gün Messini qucaqladığımı və finalda ona uğurlar arzuladığımı xatırlayıram. Məğlubiyyətdən sonra başımı dik tutmağa və rəqibə, xüsusilə də, Messiyə hörmət göstərməyə çalışdım. Düşünürəm ki, bu, vacib idi”.
İngiltərə millisi dünya çempionatının yarımfinalında Argentina yığmasına 1:2 hesabı ilə məğlub olub.
Komanda 3-cü yer uğrunda görüşdə Fransa yığmasını 6:4 hesabı ilə məğlub edərək, mundialın bürünc medalını qazanıb. Argentina millisi isə turnirin finalında İspaniya yığmasına 0:1 hesabı ilə uduzub.
