İstədiyi vingerin qiyməti 150 milyon avrodur - “Liverpul”un

00:20 İngiltərə 85
İstədiyi vingerin qiyməti 150 milyon avrodur - “Liverpul”un

“Bornmut”un vingeri Rayan “Liverpul”un maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “ESPN Brasil” məlumat yayıb.

Mersisayd təmsilçisi 20 yaşlı futbolçunu transfer etmək istəsə, bunun üçün təxminən 150 milyon avro ödəməli olacaq.

Çünki Rayanın müqaviləsində məhz bu məbləğdə sərbəstqalma maddəsi yer alıb. “Bornmut” rəhbərliyi transfer məbləğində güzəştə getmək niyyətində deyil.

Braziliyalı futbolçu cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 6 oyunda meydana çıxıb və 2 qol vurub. Onun “Bornmut”la müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!