İngiltərə Premyer Liqasında 5-ci tura start verilib.
Sportinfo.az xəbər verir ki, "Çelsi" səfərdə "Brentford"un qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 9-a yüksəldən "Brentford" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 7 xalı olan "Çelsi" isə 7-ci yerdədir.
"Brentford" - "Çelsi" 3:0
Qollar: Caydon Entoni, 61, İqor Tiaqo, 83, Fabio Karvalyo, 90+4
