146 milyon avroya kimi transfer edə bilərlər?

22:00 İngiltərə 66
146 milyon avroya kimi transfer edə bilərlər?

“Tottenhem” “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

London klubu 26 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.

Bildirilir ki, transferin məbləği təxminən 145,8 milyon avro təşkil edə bilər. “Tottenhem”in mövsümün ortasında belə böyük məbləğ xərcləməkdən çəkinmədiyi vurğulanır.

“Tottenhem” ötən il də Gibbs-Uaytı transfer etməyə cəhd göstərib. İngiltərəli yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 5 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti