“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqibi olan “Arsenal” 16 yaşlı yarımmüdafiəçisi Maks Doumanın qış transfer dönəmində icarəyə göndərilməsi variantını nəzərdən keçirir.
London klubu belə bir addımın gənc futbolçunun inkişafına kömək edəcəyini düşünərsə, təklifi dəyərləndirməyə hazırdır.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta bildirib ki, klub Doumanın vəziyyətini hər altı aydan bir qiymətləndirəcək. Bu zaman futbolçunun oyun vaxtı, komandanın ehtiyacları və digər amillər nəzərə alınacaq.
Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, müxtəlif variantlara açıq olmalı olduqlarını bildirib:
“Biz müxtəlif variantlara açıq olmalıyıq. Amma hazırda əsas məsələ onun burada qalması və komandaya fayda verməsidir”.
İngiltərəli futbolçunu icarəyə götürməkdə “Luton” maraqlıdır. Komandaya “Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşir rəhbərlik edir.
Maks Douman dekabrın 31-dən sonra, 17 yaşı tamam olduqdan etibarən icarəyə göndərilə bilər. O, ötən mövsüm Premyer Liqa tarixində qol vuran ən gənc futbolçu olub.
Bu mövsüm isə İngiltərə Liqa kubokunda “İpsviç”ə qarşı keçirilən və 4:2 hesabı ilə başa çatan oyunda dubl edib.
