Proqnoz verildi, Premyer Liqada çempionluğa əsas favorit göstərildi - “Sabah”ın rəqibi

18:40 İngiltərə 84
Proqnoz verildi, Premyer Liqada çempionluğa əsas favorit göstərildi - “Sabah”ın rəqibi

İngiltərə Premyer Liqasında 2026/27 mövsümünün çempionluq mübarizəsi ilə bağlı proqnoz açıqlanıb.

Sportinfo.az xəbər verir ki, “Opta”-nın superkompüteri çempionluq şanslarını qiymətləndirib.

Proqnoza əsasən, turnirin hazırkı qalibi “Arsenal” əsas favorit hesab olunur. London klubunun çempionluq şansı 38 faizdən 43,52 faizə yüksəlib.

İkinci pillədə “Mançester Siti” qərarlaşıb. Enzo Mareskanın komandası üçün çempionluq ehtimalı təxminən 41 faiz təşkil edir. “Liverpul” isə 4,4 faizlə üçüncü sıradadır.

“Çelsi”nin çempionluq şansı 1 faiz, “Mançester Yunayted”in isə 0,9 faiz qiymətləndirilib.

Premyer Liqada beş turdan sonra “Mançester Siti” turnir cədvəlinə başçılıq edir. “Şəhərlilər” “Arsenal”ı 3 xal qabaqlayır.

Çempionluq yarışında favorit olan “Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti