İngiltərə millisinin və “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton “Çelsi”nin qış transfer dönəmində əsas hədəflərindən biridir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçunun transferi üçün 80 milyon funt-sterlinq (təxminən 93 milyon avro) ödəməyə hazırdır.
“Çelsi” Uortonu yayda da heyətinə qatmaq istəyib, ancaq tərəflər razılığa gələ bilməyib.
İngiltərəli futbolçu 2024-cü ildən “Kristal Pelas”da çıxış edir.
Yarımmüdafiəçinin müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir. Onun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.
Uorton İngiltərə çempionatının cari mövsümündə 4 oyunda meydana çıxıb.
