Premyer Liqada çıxış edən hücumçunun agenti 4 klubla danışıq aparır

00:00 İngiltərə 84
Premyer Liqada çıxış edən hücumçunun agenti 4 klubla danışıq aparır

İsveçli hücumçu Viktor Qyokereş “Arsenal”dakı durumundan narazıdır və yanvarda London klubunu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Briefing” məlumat yayıb.

27 yaşlı futbolçunun agenti artıq “Milan”, “Yuventus”, “Əl-Əhli” və “Əl-İttihad” ilə ilkin danışıqlar aparıb.

Qyokereş ötən ilin yayında Lissabon “Sportinq”indən “Arsenal”a keçib. Ancaq o, komandanın əsas hücumçusuna çevrilə bilməyib.

Baş məşqçi Mikel Arteta bu mövsüm hücumun mərkəzində almaniyalı Kay Havertsi oynatmağa üstünlük verir.

Qyokereşin hazırkı dəyəri 65 milyon avro qiymətləndirilir. Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

“Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda, yanvarın 27-də “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi