
"Heç vaxt doğum günümdə rəsmi matçda iştirak etməmişdim".
Sportinfo.az xəbər verir ki, bunu "Qəbələ"nin legioneri Rafael Utziq "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının I tur oyunu barədə ölkəsinin "İstoe" nəşrinə açıqlamasında deyib.
Komandasının ikinci qoluna imza atan 26 yaşlı braziliyalı hücumçu bunun üçün çox sevindiyini bildirib:
"Oyunun sonunda "Qəbələ" azarkeşlərinin doğum günümü təbrik etməsi xoş oldu. Mövsümə yaxşı başlamaq üçün çox çalışırdım, hələ də çalışıram.
Ümid edirəm ki, komanda və öz şəxsi məqsədlərimə çatacam".
"Qəbələ" avqustun 14-də II turda "Şamaxı"nı qəbul edəcək.