"Bu komanda layiqli cavabını meydançada verdi" - Elmar Baxşıyev

15 May 2022 20:30 Qəbələ 723
"Bu komanda layiqli cavabını meydançada verdi" - Elmar Baxşıyev

“Oyunun çətin keçəcəyini bilirdik. Həm süni meydanda oynayırdıq, həm də “Şamaxı” ev oyunlarında çox iddialı olur. Komandamı təbrik edirəm. Futbolçular əlindən gələnin ən yaxşısını etdi və layiqli qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 27-ci turunda "Şamaxı"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Konfrans Liqasına vəsiqəni təmin edən komandanın baş məşqçisi daha sonra bildirib: "Avrokuboklara qatılacağımıza ilk gündən inanırdıq. Futbolçular da bu inamı mövsümün əvvəlindən öz oyunları ilə bizə verirdi. Əlbəttə enişlərimiz də olurdu. Klub olaraq daha yaxşısına inanırdıq. Komandanı təbrik edirəm. Bu kollektiv daha yaxşısına layiqdir. Bu komanda bizim xalları sayanların layiqli cavabını meydançada verdi. İnanıram ki, daha yaxşı, daha iddialı olacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti