Kəmaləddin Heydərov "Qəbələ"nin büdcəsini yenə azaltdı

16 May 2021 17:40 Qəbələ 1 204
Kəmaləddin Heydərov "Qəbələ"nin büdcəsini yenə azaltdı

«Qəbələ»nin növbəti mövsüm üçün büdcəsində yenə azalma gözlənilməsidir.

Buna səbəb klubun baş sponsoru olan «Gilan Holdinq»in maliyyə dayaqlarının daha da azalmasıdır.

Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə bağlı şirkətlər bir-birinin ardınca bağlanmaqdadır, nəticədə futbola ayırmağa vəsait çatışmır.

Odur ki, «Gilan» əyalət təmsilçisinə yönəltdiyi məbləğin miqdarınıı aşağı çəkmək məcburiyyətində qalıb.

Müqayisə üçün deyək ki, «Qəbələ» cari mövsümdə holdinqdən cəmi 800 min manat ala bilib, başqa sözlə, «Gilan» kluba sərf etdiyi pul kütləsini ilbəil yarıbayarı azaltmaqda davam edir.

Buradan aydın olur ki, «Qəbələ» gələn sezonda əsasən SOCAR-ın yardımı sayəsində ayaqda qalmağa çalışacaq.

Neft şirkəti ötən il olduğu kimi, bu dəfə də bölgə kollektivinə 1,5 milyon manat yardım ayırmağı plaanlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti