"Qəbələ"nin məşhur baş məşqçisi namizəd oldu

27 Aprel 00:42 Qəbələ 671
"Qəbələ"nin məşhur baş məşqçisi namizəd oldu

İngiltərə Premyer Liqası Şöhrət Zalına daxil edilməyə namizəd futbolçuların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 23 nəfərlik siyahıda "Qəbələ"nin keçmiş baş məşqçisi Toni Adams da yer alıb. Azarkeşlər və xüsusi münsiflər heyətinin səsverməsindən sonra 6 namizəd seçiləcək və onlar Şöhrət Zalına salınacaqlar.

Bu il Şöhrət Zalına yalnız karyerasını 1 avqust 2020-ci ilədək başa vurmuş oyunçular düşəcəklər. İlk olaraq isə hücumçular Alan Şirer və Tyerri Anri belə bir şərəfə nail olub.

Namizədlər bunlardır: Erik Kantona ("Mançester Yunayted"), Toni Adams ("Arsenal"), Mett Le Tissye ("Sautgempton"), İan Rayt ("Arsenal", "Vest Hem"), Peter Şmeyxel ("Mançester Yunayted"), Roy Kin ("Mançester Yunayted"), Les Ferdinand ("Kuinz Park Reyncers"), Sol Kempbell ("Tottenhem", "Arsenal"), Endi Koul ("Mançester Yunayted"), Robbi Fauler ("Liverpul"), Pol Skoulz ("Mançester Yunayted"), Devid Bekhem ("Mançester Yunayted"), Frenk Lempard ("Çelsi"), Rio Ferdinand ("Lids", "Mançester Yunayted"), Dennis Berqkamp ("Arsenal"), Patrik Vieyra ("Arsenal"), Maykl Ouen ("Liverpul", "Nyukasl", "Mançester Yunayted"), Stiven Cerrard ("Liverpul"), Con Terri ("Çelsi"), Eşli Koul ("Arsenal", "Çelsi"), Didye Droqba ("Çelsi"), Robin van Persi ("Arsenal", "Mançester Yunayted"), Nemanya Vidiç ("Mançester Yunayted").

Xəbər Lenti