“Qəbələ” Nəriman bu dəfə Şamili döyməyə çalışacaq - FOTO

6 Aprel 2021 10:40 Qəbələ 467
“Qəbələ” Nəriman bu dəfə Şamili döyməyə çalışacaq - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov növbəti görüşünü keçirəcək.

idmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq “AMC Fight Night100” döyüş gecəsində iştirak edəcək.

Aprelin 10-da baş tutacaq qarşılaşmada Abbasovun rəqibi Rusiya təmsilçisi Şamil Amirov olacaq.

Yüngül çəki dərəcəsində (70,3 kq) çempion kəmərinin sahibi olan Abbasov titulunu qorumaq üçün mübarizə aparacaq. Lujnikidəki görüş Abbasovun 29-cu sınağı olacaq.

O, indiyədək keçirdiyi 28 döyüşdən 25-də qalib gəlib. Təmsilçimiz son 10 qarşılaşmada qələbəyə sevinib.

Nəriman ötən ilin sentyabrında baş tutan son sınağında Mixail Qoqitidzeni məğlubiyyətə uğradıb.

Digər Xəbərlər
Xəbər Lenti