"Yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik" - Emin Mahmudov

20:10 Milli komanda 93
"Yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik" - Emin Mahmudov

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov UEFA Millətlər Liqası D2 qrupunun Lixtenşteynlə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Sportinfo.az 34 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Rəqib zəifdir, qələbə qazanmağa məcburuq deyə komandada gərginlik var?

- Gərginlik yox, məsuliyyət var. Hamı bilir ki, qalib gəlməliyik. Əvvəlki rəqiblərə baxanda, məsələn Fransa ilə matçda bizdən qələbə yox, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun yetərli deyil, mütləq qalib gəlməliyik.

Digər Xəbərlər
Xəbər Lenti