Bu, “Sabah”a baha başa gələ bilər - SON XƏBƏRDARLIQ!

19:40 Sabah 160
Bu, “Sabah”a baha başa gələ bilər - SON XƏBƏRDARLIQ!

Premyer Liqanın 7-ci turunda “Sabah” “Palms Sports Arena”da “Neftçi”nin qonağı olacaq

Məlum qarşılaşma öncəsi oyunun təxirə salınması ilə bağlı müəyyən mülahizələr səslənir.

PFL-in Əsasnaməsinin şərtləri belə bir qərarın verilməsinə imkan vermir. Üstəlik, görüşün başqa tarixə keçirilməsi “Sabah”ın öz ziyanına işləyə bilər.

Milli komandaların oyunları ilə bağlı çempionatda üç həftəlik fasilə yaranıb. “Sabah”ın futbolçularının bir qismi milli komandalarda olsa da, heyətin böyük hissəsi bu müddətdə rəsmi oyun ritmindən kənarda qalıb.

Hazırda 10 futbolçu müxtəlif milli komandaların heyətində meydana çıxır. Amma qalan futbolçular sadəcə məşqlərlə kifayətlənir.

Üstəlik, qarşıda daha ciddi sınaq var. “Tələbələr” oktyabrın 13-də Bakıda Çempionlar Liqasının liqa mərhələsində “Slaviya Praqa” ilə vacib oyuna çıxacaq. Belə bir qarşılaşma ərəfəsində komandanın oyun intizamını, tempini və kollektiv ritmini qoruması son dərəcə vacibdir.

Bu baxımdan “Neftçi” ilə matçın keçirilməsi “Sabah” üçün problem yox, əksinə, fürsət sayılmalıdır. Üç həftəlik fasilədən sonra komanda rəsmi oyunda öz ritminə qayıtmalıdır.

Ona görə də bu qarşılaşmanın təxirə salınmasını nəinki gündəmə gətirmək, heç ehtimal kimi ciddi şəkildə nəzərdən keçirmək belə doğru görünmür. “

Sabah”ın qarşısında Çempionlar Liqası oyunu varsa, “Neftçi”yə qarşı oynamaq mütləqdir.

Oktyabarın 9-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Sabah” dueli saat 19:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti