Lixtenşteyn millisinin futbolçusu Alesio Bakıda keçirilən mətbuat konfransında iştirak edib.
Sportinfo.az xəbər verir ki, o, Azərbaycan millisinə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunundan əvvəl fikirlərini bölüşüb:
“Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik.
Bura uzun səfərlə gəlmişik. Komandamızda əhval-ruhiyyə yaxşıdır.
Yüksək səviyyədə hazırlıq keçmişik. Bakıya yaxşı nəticə qazanmaq üçün gəlmişik.
Rəqinin güclü və zəif tərəflərini bilirik. Əlimizdən gələni etməyə çalışacağıq”.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək D Liqasının 2-ci qrupununun Azərbaycan – Lixtenşteyn oyunu saat 20:00-da start götürəcək.
