“Qəbələ”nin dadına öz yetirmələri çatdı - FOTOREPORTAJ

27 Mart 2021 10:40 Qəbələ 1 253
“Qəbələ”nin dadına öz yetirmələri çatdı - FOTOREPORTAJ

Sportinfo.az xəbər verir ki, “Qəbələ” yoxlama oyunu keçirib.

Milli komandaların görüşləri ilə əlaqədar yaranan fasilə dövründə ilk sınağına çıxan “qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib.

Qarşılaşma “Azersun Arena”da baş tutub. Baş məşqçi Elmar Baxşıyev bu görüşdə aşağıdakı start “11-liy”inə şans verib:

Anar Nəzirov, Yurgen Qoxa, Sadiq Quliyev, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Merab Qiqauri, Kamal Mirzəyev, Yaovi Akakpo, Rovlan Muradov, Cavid Hüseynov, Ceyms Adeniyi.

Matçın ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib, lakin fasiləyədək hesab açılmayıb. İlk yarıdan sonra hər iki komandanın heyətində dəyişikliklər olub.

“Qəbələ” ikinci 45 dəqiqəyə aşağıdakı heyətlə çıxıb: Tarlan Əhmədli, Vinko Medimoreç, Murad Musayev, Faiq Hacıyev, İdris İnqilablı, Merab Qiqauri, Ştefan Vukçeviç, Asif Məmmədov, Rafael Utriq, Ülvi İsgəndərov, Ceyms Adeniyi.

Fasilədən az sonra “qırmızı-qaralar” hücumların birində penalti qazanıb. Lakin Ceyms Adeniyi bu imkandan yararlana bilməyib. Hissənin gedişində nigeriyalı hücumçunu Mehrac Baxşalı əvəzləyib.

Qarşılaşmada hesabı da akademiyanın yetirməsi açıb - 1:0. Qəsəbə təmsilçisi oyunun sonlarına yaxın hesabda tarazlıq yaratmağa müvəffəq olub.

Amma “Qəbələ” qələbə qolunu vurmağı bacarıb. Mehrac Baxşalını əvəzləyən Emil Səfərov son nöqtəni qoyub – 2:1.

Zirə” – “Qəbələ” 1:2
QOLLAR:
Tamerlan Burcəliyev, 87 -Mehrac Baxşalı, 70, Emil Səfərov, 90+1

Digər Xəbərlər
Xəbər Lenti