"Özümüz özümüzü niyə aldadaq, boş yerə vaxt itirək?"

19 Yanvar 09:40 Qəbələ 1 020
"Özümüz özümüzü niyə aldadaq, boş yerə vaxt itirək?"

“Bundan sonra çətin ki, yeni transfer edək“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin baş meneceri Zaur Əzizov deyib.

O, adı mətbuatda klubla yanaşı hallanan heç bir legionerlə müqavilə bağlamayacaqlarını bildirib:

“Bu, yalnız o halda mümkün idi ki, Ceyms Adeniyeni sata bilək. Nigeriyalı hücumçuya görə ən real təklifi “Hapoel“dən almışıq.

Lakin İsrail klubunun şərtlərini uyğun bilmədik, ardınca da bu ölkədə sərt karantin rejiminin tətbiq olunması transferi mümkünsüz hala gətirdi.

İndinin özündə də Adeniyeyə görə gələcək başqa təklifləri gözləyirik. Bəlkə də hansısa klubdan istəyən oldu…

Bu gün üçün onu deyə bilərəm ki, heç kimlə danışıqlar aparmırıq və təklif olunan futbolçularla maraqlanmırıq.

Özümüz özümüzü niyə aldadaq, boş yerə vaxt itirək? Əgər Adeniyeni sata bilsək, yarımmüdafiə xəttinə yeni legioner dəvət edəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti