Tərlan Əhmədovla idman direktoru arasında QALMAQAL DÜŞDÜ – QARDAŞ MÜBAHİSƏSİ

28 Sentyabr 2022 14:00 Qalmaqal 2 171
Tərlan Əhmədovla idman direktoru arasında QALMAQAL DÜŞDÜ – QARDAŞ MÜBAHİSƏSİ

«Kəpəz»in baş məşqçisi Tərlan Əhmədov yeni iş yerində növbəti qalmaqalla üzləşib.

Bundan öncə Rauf Əlyievi komandadan uzaqlaşdırmaqla diqqət mərkəzinə üşən çalışdırıcı indi də idman direktoru Mehman Allahverdiyevlə problem yaşayıb.

Belə ki, M.Allahverdiyev onun qardaşı Füzuli Allahverdiyevi məşqçi korpusundan uzaqlaşdıran T.Əhmədova sərt etiraz bildirib. O, Yaşar Vahabzadənin köməkçilərindən

Vidadi Rzayevlə Nadir Şükürovu geri qaytaran mütəxəssisin qardaşını kənarda saxlamasını qərəz adlandırıb və bununla barışmayacağını bildirib:

«Özünlə tamamilə yeni məşqçilər gətirsəydin, mən səni başa düşərdim. Amma o biriləri saxladın, Füzulini isə qırağa qoydun.

O, sənə nə etmişdi? Hamı qalırdısa, qardaşım da öz işini davam etdirməli idi».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti