ŞOK OLAY! Klub rəhbərliyi baş məşqçini “sındırdı”, onları döyənləri geri qaytiardı

14:40 Qalmaqal 280
ŞOK OLAY! Klub rəhbərliyi baş məşqçini “sındırdı”, onları döyənləri geri qaytiardı

«Qəbələ» rəhbərliyi Kaxaber Sxadadzenin işinə qarışıb.

Bunun üstündə tərəflər arasında narazılıq yenidən alovlanıb.

Səbəbkar iki futbolçudur. Belə ki, baş məşqçi dava salan yerli oyunçuları - Səlahət Ağayevlə Süleyman Damadayevi komandadan uzaqlaşdırmaq barədə qərar qəbul edib.

İdarəçilər isə buna məhəl qoymayaraq, onları düşərgəyə qaytarıb.

Gürcü çalışdırıcının diqqətinə çatdırılıb ki, onun atdığı son addım kifayət qədər sərtdir və davakarların hər ikisi bağışlanmalıdır. Mütəxəssis bir az deyinsə də, işini itirməkdən qorxusundan yekunda geri çəkilib.

Səlahətlə Süleyman neyləyib bəs? Cütlük yeni transferlərdən birini sillə-təpiyin altına salıb.

Ona görə ki, həmin legioner komandanın oynayan məşqçisi Asif Məmmədovun gözü qarşısında su qabını yerə çırpıb. Sxadadzenin yardımçısı sol cinah müdafiəçisinə sərt formada reaksiya verib.

Yaxınlıqdakı legionerlər də öz növbəsində Məmmədovun üzünə bozarıb. Belədə yerlilərlə xaricilər arasında mübahisə dava-dalaşa çevrilib.

Nəticədə onlardan bir neçəsi xəsarət alıb. İsak Amoah isə digərlərindən daha çox zərbə «yeyib».

Qanalı müdafiəçinin sir-sifəti «dağılıb», gözünün altı qaralıb. Kaxaber Sxadadze olayın günahkarı qismində Ağayevlə Damadayevi görüb, cütlüyi hamının içində möhkəm danlayıb və kollektivdən kənarlaşdırıldıqlarını elan edib.

Sonrası da məlumdur - rəsmilər məsələyə müdaxilə eləyərək, «atamanlar»ı geriyə qaytarıb. Baş məşqçinin nümayişkaranə şəkildə «sındırılması» legionerlərin xoşuna gəlməyib.

Bilirik ki, 2-3 nəfər menecerləriylə əlaqə saxlayaraq, «Qəbələ»də anarxiyanın hökm sürdüyünü, kənardan gələnlərin sıxışdırıldığını deyib, müqaviləni pozmaq istədiklərini söyləyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti