“Şəfa”nın vitse-prezidenti qadını aldatdı, ona böyük miqdarda ziyan vurdu - ŞOK AÇIQLAMA

25 Avqust 14:00 Qalmaqal 1 647
“Şəfa”nın vitse-prezidenti qadını aldatdı, ona böyük miqdarda ziyan vurdu - ŞOK AÇIQLAMA

“Şəfa”nın vitse-prezidenti Əfran İsmayılov “YaaRa Tekstil“in təsisçisi və direktoru Yaqut Bayramı aldadıb.

Bu barədə tanınmış iş adamı “Sportinfo TV“yə məlumat verib.

Saytımızın “yutub“ kanalının efirində çıxış edən müsahib paytaxt təmsilçisinin vəzifəli şəxsinin ona böyük miqdarda ziyan vurduğunu bildirib.

O, İsmayılovla iş görüşməsi keçirdiyini, klubun futbol akademiyasının geyim təminatıyla bağlı davamlı danışıqlar apardığını söyləyib.

Y.Bayramın sözlərinə görə, “ağ-göylər“in əsas funksioneri onlarla çalışmağa öncə razılıq verib. Hətta “YaaRa“ anlaşmanın əldə olunması üçün qarşı tərəfə kifayət qədər böyük həcmdə maliyyə vəsaitini güzəştə gedib.

Futbol ictimaiyyəti arasında “Makasin Əfran“ kimi tanınan idarəçinin tapşırığı əsasında şirkətə “Şəfa“ tərəfindən imzalanması üçün müqavilə sənədləri göndərilib. Və üstəlik, “YaaRa“dan iyulun 26-dək məhsulu hazır edib çatdırması istənilib.

Müəssisə də öz növbəsində müxtəlif növ parçaların alınması məqsədilə tərəfdaşlarına sifariş verib. Mal ünvanına çatmamış isə “Şəfa“dan Yaqut Bayramla əlaqə saxlanılıb, əməkdaşlıqdan imtina edildiyi bildirilib.

Əfran İsmayılovun adından danışan rəsmi şəxs bu göstərişin klubun sahibi Emil Gülbalayevvə prezident Kənan Sadıqlı tərəfindən verildiyini diqqətə çatdırıb.

Həmçinin qeyd olunub ki, akademiyanın geyim təhcizatı xarici şirkətlərdən biri tərəfindən həyata keçiriləcək.

“YaaRa“nın sahibəsi isə öz növbəsində araşdırma aparıb,

“Şəfa“nın xarici marka adı altında Bakıda fəaliyyət göstərən adsız sexlərdən biri ilə iş gördüyünü müəyyənləşdirib. Həmin sexin başında dayanan adam da Əfran İsmayılovun dostudur.

Y.Bayram qeyd edib ki, o, bu məsələnin hərtərəfli müzakirəsinə dəfələrlə cəhd göstərib, lakin K.Sadıqlı başda olmaqla, klub rəhbərliyi barmaqarası münasibət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti