Millimizin kəllə atan vingeri səhvini anladı, üzr istədi - VIDEO

13:40 Qalmaqal 191
Millimizin kəllə atan vingeri səhvini anladı, üzr istədi - VIDEO

Azərbaycan millisinin vingeri Ozan Can Kökçü Türkiyədə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərilib.

Sportinfo/az xəbər verir ki, Türkiyənin Birinci Liqasında çıxış edən “Vanspor”un yarımmüdafiəçisi avqustun 15-də “Manisa” ilə səfər matçında qayda pozuntusuna yol verib.

Kökçü qarşılaşmanın 69-cu dəqiqəsində komandasının yeganə qolunu vurub. O, 82-ci dəqiqədə rəqib futbolçuya kəllə atdığı üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Türkiyə Futbol Federasiyasının Hüquq Müşavirliyi futbolçunun həmin epizodda yol verdiyi “qayda pozuntusu”na görə Futbol İntizam Təlimatının 43-cü maddəsi əsasında PFDK-ya göndərilməsi barədə qərar qəbul edib.

Bundan sonra Kökçü açıqlama verərək davranışının peşəkar futbolçuya yaraşmadığını etiraf edib və “Vanspor” camiasından, məşqçilərdən, komanda yoldaşlarından və azarkeşlərdən üzr istəyib.

O, hadisədən əvvəl özünə və ya dəyərlərinə qarşı təhqiramiz ifadələrin səsləndiyini desə də, nəzarəti itirməsinin düzgün olmadığını bildirib.

“Manisa” – “Vanspor” qarşılaşması meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun videoicmalını təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti