Azərbaycanda özünə xəsarət yetirən kapitan xəstəxanalıq oldu, 5 ay oynamayacaq - VİDEO

14:20 Qalmaqal 122
Azərbaycanda özünə xəsarət yetirən kapitan xəstəxanalıq oldu, 5 ay oynamayacaq - VİDEO

“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə özünə ciddi xəsarət yetirib.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasının birinci turunda “Neftçi” ilə matçda qırmızı vərəqə alan yarımmüdafiəçi əsəbini stadionun qapısından çıxmaq istəyib.

24 yaşlı oyunçu qapıya yumruq vurub. Nəticədə qapıdan qopan şüşələr onun ayağına düşüb və ciddi zədə alıb.

“Sumqayıt” Səbuhi Abdullazadənin əməliyyatı ilə bağlı məlumat yayıb

: “Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb. Futbolçumuz təxminən 5 ay sonra meydana dönə biləcək”.

Abdullazadə “Neftçi” ilə matçın 74-cü dəqiqəsində rəqib oyunçu Breno Almeydaya qarşı etdiyi hərəkətə görə meydandan qovulub.

Onun komandası 1:3 hesablı məğlubiyyətə uğrayıb.

Digər Xəbərlər
Xəbər Lenti