Premyer Liqa komandasında dava-dalaş - Hirslənib yoldaşını döydü!

6 Avqust 13:00 Qalmaqal 1 475
Premyer Liqa komandasında dava-dalaş -  Hirslənib yoldaşını döydü!

Kaxaber Sxadadzenin çalışdırdığı «Qəbələ»də hərc-mərclik hökm sürür.

Gürcüstanlının baş məşqçisi olduğu komandada növbəti xoşagəlməz hadisə yaşanıb.

Səlahət Ağayev İsaak Amoahı hamının gözü qarşısında döyüb. Qapıçı ilə qanalı müdafiəçi arasında düşən mübahisə ikincinin «çırpılması»yla nəticələnib.

Kiper onunla kəllə-kəlləyə gələn afrikalı legionerə necə əsəbiləşibsə, digər yerlilər də ona qoşulub.

Bu da komandada yer alan əcnəbi oyunçuların xoşuna gəlməyib. Onlar mövcud vəziyyətə sərt etiraz bildiriblər.

Bütün bunlar klub rəsmilərinin gözü qarşısında baş verib. Güman ki, hanıssa cəza tədbiri görəcəklər: ya ciddi şəkildə, ya da elə-belə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Avqust 18:10 Çək və bizə göndər!