Azərbaycan və Türkiyə komandaları arasında kütləvi dava kimin üstündə düşüb? - VİDEO

21 Avqust 09:20 Qalmaqal 799
Azərbaycan və Türkiyə komandaları arasında kütləvi dava kimin üstündə düşüb? - VİDEO

“Səbail”in Türkiyə toplanışı çərçivəsində “Sakaryaspor”la keçirdiyi yoxlama matçında dava düşüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan klubu Boluda gərgin keçən matçın ikinci hissəsində xoşagəlməz halla üzləşib.

Top uğrunda mübarizədən sonra “Səbail”in müdafiəçisi Kənan Quliyev rəqib futbolçunun boğazından yapışıb.

Digər futbolçuların da araya girməsindən sonra kütləvi dava yaranıb. Hətta hadisəyə polisin müdaxilə etdiyi bildirilib.

Matç 1:1 hesabı ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik