«Mingəçevir»də anarxiya hökm sürür.
Bu barədə saytımıza komandanın azarkeşləri məlumat verib.
Redaksiyamızla əlaqə saxlayan mingəçevirli futbolsevərlər bildirib ki, Elman Sultanov kollektivin «ip»ini əlindən verib.
Onların sözlərinə görə, iki ay öncə baş məşqçi postuna əyləşən Sultanov nizam-intizam məsələlərinə diqqət yetirmir, futbolçulara nəzarət etmir:
«Burada vəziyyət hər mənada pisdir. O, hər yoldan keçəni «Mingəçevir»ə gətirib.
Həmin oyunçuların da nə oynamaq istəyi var, nə də başqa bir şey. Mingəçevirə elə-belə gəliblər, vaxt «öldürürlər».
Xüsusən Əli Mürsəlovla Xəlil Bəşirlidən çox narazıyıq. İkisi də intizamsızdır. Keçən dəfə Əli içkili vəziyyətdə küçədə dava edib.
Baş məşqçinin bütün bunlardan xəbəri var, amma heç bir tədbir görmür. Azarkeşlərin narazılığını qulaqardına vurur.
Çünki özü də «vuran»dır. Deyəsən, Elman Sultanov başqa «para» tapmayıb, onları bura gətirib».
Yerli fanatların bildirdiyinə görə, mövsümün yeni başlamasına baxmayaraq, artıq «Mingçevir»dən əllərini üzüblər. Çünki rəhbərlik kluba normal büdcə ayırmayıb, nəticədə mövsümlərarası fasilədə heyət güclənməyib.
Ötən mövsüm «işıqçılar»a çempionatın gümüş medallarını qazandıran oyunçuların bir çoxu çıxıb gedib, gələnlər isə komandaya can yandırmır.
SPORTİNFO.AZ
