Premyer Liqa klubunda növbəti QOVĞA - O, baş məşqçinin üzünə qayıtdı!

13:00 Qalmaqal 1 631
Premyer Liqa klubunda növbəti QOVĞA - O, baş məşqçinin üzünə qayıtdı!

Yeni mövsümə Cavid Hüseynovla start verən «Araz-Naxçıvan»da gərginlik pik həddədir.

Premyer Liqanın geridə qalan beş turunda qələbə üzünə həsrət qalan, 2 xalla turnir cədvəlinin doqquzuncu pilləsində yer alan «ağ-qırmızılar»da əhval-ruhiyyə darmadağındır.

Baş məşqçi ilə futbolçular arasında münasibətlər nəzarətdən çıxıb. Hüseynovun son məşqlərdə səsinin tonunu qaldırması oyunçuların xoşuna gəlməyib.

Gənc çalışdırıcının onların üstünə yerli-yersiz qışqırmasını görən legionerlərdən biri eyni formada reaksiya verib.

Əcnəbi üzünü Hüseynova tutaraq, sərt formada “bir az yavaş, səsini qaldırma” deyib. Bu cavab komandanın digər üzvlərinin ürəyinə yağ kimi yayılıb.

Hadisə klub funksionerlərinin gözü qarşısında yaşanıb. Di gəl, heç nəyə qarışmayıblar.

Özlərini eşitməzliyə vurublar. Bu da göstərir ki, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun xahişi ilə baş məşqçi postuna əyləşdirilən şəxsə münasibət birmənalı deyil, onu xoşlamırlar.

Cavid bəyə simpatiya bəsləsəydilər, yaxud burada uğurlu olmasını istəsəydilər, belə olaylar zamanı sinələrini qabağa verər, dəstək olardılar.

Başda da Ceyhun Sultanov. Bir neçə ay öncə prezident təyin olunan Sultanov indi yaxasını tamamilə kənara çəkilib

. Yeni funksionerin mövqeyi bizə təəccüblü gəlmir. Axı o, Hüseynovla bağlı fikrini çoxdan Zaur Axundovun diqqətinə çatdırıb.

Bu təyinatdan xeyli əvvəl Naxçıvan Futbol Federasiyasının (NFF) prezidentinə bildirib ki, komanda təcrübəli birinə tapşırılmalıdır, yoxsa «Şamaxı» və «Səbail»i Premyer Liqadan aşağı yuvarlatmış Hüseynova yox.

Fəqət, NFF-nın birinci şəxsi klubun başına əyləşdirdiyi funksionerin məsləhətini qulaqardına vurub, Elxan Məmmədovun tapşırığını yerinə yetirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu