"Sumqayıt" - "Neftçi" görüşü insidentsiz ötüşmədi.
Qonaqların 3:1 qalib gəldiyi görüşün ikinci yarısında ara qarışdı.
Hadisələrə səbəb "Ağ qaralar"ın yarımmüdafiəçisi Sessi Dalmeyda meydan sahiblərinin gənc oyunçusu Nihad Əhmədzadəyə qarşı kobud oynaması oldu.
Kütləvi davanı sakitləşdirmək üçün hətta "kimyaçılar"ın məşqçilər korpusu da meydana daxil oldu.
Çətinliklər oyunçuları bir-birindən ayırmaq mümkün oldu.
Baş hakim Kamal Umudlu qalmaqalın aktiv iştirakçılarından Nihad Əhmədzadə, Sessi Dalmeyda və Breno Almeydaya sarı vərəqə çıxardı.
"Sumqayıt"ın kapitanı Səbuhi Abdullazadə isə qırmızı vərəqə ilə meydandan qovuldu.
Yerli publika belə məqamda öz oyunçusuna sahib çıxdı.
Aşağıdakı linkə daxil olaraq həmin anları izləyə bilərsiniz:
