Elnur Cəfərov 11 ildən sonra Premyer Liqada fərqləndi. "Xəzər Lənkəranın yetirməsi "Şamaxı" ilə görüşdə "Şəfa"nın ən yaxşısı idi.
Baxımlı qolla yadda qaldı, komandasına penalti qazandırdı.
Xüsusilə gözəl qolundan sonra sosial şəbəkələrdə istedadı, vaxtilə böyük gələcək vəd etməyi çox müzakirə olundu.
Görəsən, inkişaf etməsi üçün Cəfərova nə mane oldu?
Məsələn, hazırda ən yaxşı legionerimiz olan bir Mahir Emreli olmaq üçün onda nə çatmadı?
Niyə Portuqaliya və Xorvatiyada legioner həyatı yaşamasına rəğmən ulduzun parlamadı?
Sportinfo.az-a açıqlamasında Cəfərov bunları deyib:
"Mən Elnur Cəfərovam, Mahir Emreli olmağa ehtiyacım olmayıb.
Mahir hazırda Azərbaycanın ən formada olan futbolçusudur. Onunla milli komanda səviyyəsində çiyin-çiyinə çox oyunda çıxış etmişik.
İnşallah, bir gün əsas milli komandada yenidən birlikdə oynayarıq".
XANOĞLAN
