Azərbaycan çempionatları tarixində 15000-ci qolu kim vurdu?

03:20 Premyerliqa 86
Azərbaycan çempionatları tarixində 15000-ci qolu kim vurdu?

Azərbaycan çempionatları tarixində yüksək liqada 15000-ci qol vurulub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının IX turunun ikinci matçına təsadüf edib.

“Zirə” - “Sumqayıt” görüşündə vurulan ikinci qol tarixə 15000-ci kimi düşüb. Bu topu meydan sahiblərinin futbolçusu Rikardo Martins rəqib qapısından keçirib.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6160-cı, baş tutan və texniki nəticə qeydə alınmayan 5881-ci oyun olub. 35 mövsümün ümumi orta məhsuldarlığı 2,55-ə bərabərdir.

Ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” - “İnşaatçı” (Sabirabad) görüşündə (1:2) qonaqların qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 17:30 Çək və bizə göndər!
23 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM