Zaur Həşimov: "Düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdir"

19:10 Premyerliqa 133
Zaur Həşimov: "Düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdir"

Misli Premyer Liqasının 9-cu turunun "Şəfa" - "Kəpəz"(1:2) matçından sonra ev sahibi komandanın baş məşqçisi Zaur Həşimov mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, o komandasının məğlubiyyəti ilə bağlı danışıb:

"Təəssüf ki, növbəti dəfə məğlubiyyəti şərh edəsi olacam.

Oyuna yaxşı başlamadıq. Amma ikinci hissədə tam üstünlüyü ələ aldıq, qol vurduq.

Uğursuz penaltidən sonra rəqib hesabı bərabərləşdird,sonda da qələbə qazandılar. Futbolçular çox gərgindirlər. Bunu üzərimizdən ata bilmirik.

Amma ümumi baxsaq, oyun üslubumuz, oyun sxemimiz yeni yığılan komanda üçün yaxşıdır. Bilmirəm şanssızlıqla əlaqələndirim, ya təcrübəsizliklə, bilmirəm. Amma düşdüyümüz durum bizi kədərləndirir, ağır vəziyyətdir".

Digər Xəbərlər
Xəbər Lenti