Buyurun, Premyer Liqa klublarını sevindirəcək XƏBƏR GƏLDİ!

21:00 Premyerliqa 115
Buyurun, Premyer Liqa klublarını sevindirəcək XƏBƏR GƏLDİ!

Premyer Liqanın daha bir idman qurğusunda işıqlandırma problemi həllini tapmağa yaxındır.

Söhbət Şamaxı şəhər stadionundan gedir.

"Şamaxı"nın ev oyunlarını keçirdiyi arenada bu istiqamətdə aylardı başlayan iş yekunlaşmağa yaxındır.

Gecikmənin səbəbi projektorların ölkə xaricindən sifariş olunmasıdır.

Qış fasilənə qədər məsələ həllini tapacaq.

Bir sözlə, çox yaxın zaman da bölgə klubu ev oyunlarını gecə saatlarında rahatlıqla keçirə biləcək.

Maraq üçün bildirək ki, komanda işıqlandırma olmadığı üçün ilk 5 turda bütün oyunlarını səfərdə keçirməli olmuşdu.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti