Nicat Mehbalıyev qış fasiləsində “Şəfa” klubunu tərk edəcək.
Təcrübəli qapıçı artıq bu barədə klub rəhbərliyinə məlumat verib.
26 yaşlı qolkiper komandadakı durumundan məmnun deyil.
Əsas heyət üzvü kimi transfer olunan Mehbalıyev mövsümün ilk 5 turunda start heyətində meydana çıxıb.
Lakin sonrakı turlarda baş məşqçi Zaur Həşimov Əlirza Müştəbazadəyə güvənməyə başlayıb.
Bundan əlavə, mövsümün gedişində “Zirə”dən tanıdığımız Tiaqo Silva da komandaya transfer olunub.
Yaranmış vəziyyətdə Nicat Mehbalıyev qış fasiləsində komandanı tərk etmək qərarına gəlib.
Qeyd edək ki, qapıçı ötən ay “Şəfa”ya transfer olunmuşdu.
O, ötən mövsüm “Sabah”ın heyətində çempionluq sevinci yaşayıb.
"Bakı"nın yetirməsi həmçinin “Qəbələ”, "Sumqayıt" və "Qarabağ"ın formasını geyinib.
XANOĞLAN/ SPORTİNFO.AZ
