"Peşmanlıq hissi keçirmirəm, bu hadisə hər yerdə baş verə bilərdi"

20:40 Premyerliqa 156
"Peşmanlıq hissi keçirmirəm, bu hadisə hər yerdə baş verə bilərdi"

Əlirza Müştəbazadə...

Bu ad iki əvvəl bir anda geniş publikaya tanındı.

Kiper qısa müddətdə “Səbail”dəki çıxışı ilə hətta Fernandu Santuş tərəfindən milli komandaya dəvət aldı.

Gözləmək olardı ki, 23 yaşlı qapıçı daha iddialı kluba üz tutar.

Amma "Sabah"ın yetirməsi gözlənilmədən Birinci Liqa təmsilçisi “Şəfa”ya keçdi və orada ağır zədə alaraq uzun müddət yaşıl meydanlardan kənarda qaldı.

Bu mövsüm ilk dəfə "Qarabağ"la görüşdə yenidən əsas "Şəfa"nın əsas heyətində göründü.

Pis də matç keçirmədi.

Nəticədə əsas heyətin daimi üzvünə çevrildi.

Maraqlıdır, Əlirza iki il əvvəlki qərarına görə sonradan peşman olmayıb? Ümumiyyətlə, həmin dönəmdə Premyer Liqada qalmaq şansı var idimi?

O, Sportinfo.az-a açıqlamasında suallarımıza geniş cavab verib:

“Bəli, həmin dövrü yaxşı xatırlayıram. Niyə Birinci Liqa?

"Şəfa”nın hədəfləri və layihəsi məni cəlb etdi.

Qərarıma görə peşman deyiləm.

Düzdür, Birinci Liqaya getdim, amma qısa müddət sonra “Şəfa” ilə yenidən Premyer Liqaya qayıtdım.

Zədə hər yerdə, istənilən komandada baş verə bilərdi.

Hansı komandaya getsəydim də, belə bir hadisə ilə üzləşə bilərdim.

Ona görə də bu qərarıma görə peşmançılıq hissi keçirmirəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti