“Qarabağ”, “Neftçi” və onlar böyük miqdarda xərcə düşdü

00:50 Premyerliqa 98
“Qarabağ”, “Neftçi” və onlar böyük miqdarda xərcə düşdü

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 8-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

“Şamaxı”– “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı”nın məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2500 manat cərimə edilib.

"Şəfa” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Sumqayıt”– “Araz-Naxçıvan” oyununun 86-cı dəqiqəsində “Araz-Naxçıvan” komandasının futbolçusu Ağadadaş Salyanski ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1oyunluq cəzalandırılıb, klub 500 manat cərimə edilib.

“Qarabağ”– “Neftçi” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.

“Neftçi” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.

Matçın 90+4-cü dəqiqəsində “Neftçi” komandasının mətbuat katibi Asəf Zeynallı tərəfindən stadiona kiçik zərər vurulduğuna, dəymiş zərər yerində ödənildiyinə görə Asəf Zeynallıya xəbərdarlıq edilib.

“İmişli”– “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!
20 Oktyabr 12:50 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 07:30 Premyer Liqanın “100”ü