Misli Premyer Liqasında IX tura bu gün iki oyunla yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında "İmişli" "Şamaxı"nı qəbul edəcək.
Qarşılaşma saat 15:00-da Yevlax şəhər stadionunda start götürəcək. "Şamaxı" hazırda 13 xalla 7-ci pillədə qərarlaşıb. 7 xala malik "İmişli" isə 9-cu yerdədir.
Günün son görüşündə isə "Sabah" "Dalğa Arena"da "Qarabağ"ı qəbul edəcək. Bu görüşə isə saat 18:00-da start veriləcək.
Turnir cədvəlinin ilk pilləsində qərarlaşan "Sabah"ın 19 xalı var. 17 xala malik "Qarabağ" isə üçüncüdür.
Turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.
15:00. "İmişli" – "Şamaxı" 1:0
Qol: Dioqo Almeyda, 17.
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR: Əliyar Ağayev.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu
"İmişli": 1. Yusif İmanov 14. Bəxtiyar Həsənalızadə 19. Azər Salahlı (k) 77. Fərid Nəbiyev 5. İdris İnqilablı 55. Murad Ələkbərov 13. Rafael Vieqaş 21. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 80. Deko
Ehtiyat oyunçular: 22. Sadiq Məmmədzadə 17. Seyxan Fərəcov 70. Mehdi Tahirov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 29. Edvin Banquera 10. Dioqo Kardozu 8. Xuan Hernandes
Məşqçi: Ervins Perkons
"Şamaxı":1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 11. Ayman Bouali 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 10. Edqar Adilxanov 66. Ceyhun Bağırzadə 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu
Baş məşqçi: Azər Bağırov
18:00. "Sabah" – "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Dalğa Arena"
