İcra Hakimiyyəti Premyer Liqa klubunun “əl-ayağını bir yerə yığdı”

22 İyun 2022 21:20 Şamaxı 1 776
İcra Hakimiyyəti Premyer Liqa klubunun “əl-ayağını bir yerə yığdı”

Şamaxı rayonu İcra Hakimiyyəti eyniadlı klubun gələcəyi ilə əlaqəli mühüm qərar verib.

“Şamaxı” gələn aydan doğma məkanda məskunlaşacaq.

Bu, yalnız əvəzedici heyət və aşağı yaş qrupları üzrə qruplara olan qərar deyil, eyni zamanda, əsas komandaya da aiddir.

Belə ki, Cavid Hüseynovun çalışdıracağı kollektiv Şamaxı Olinpiya Kompleksində yurd salacaq, gündəlik məşqləri burada keçirəcək.

“Şamaxı” yalnız rəsmi oyunlar zamanı rayondan kənara çıxacaq.

Futbolçular harada qalacaq? Kim istəsə, kompleksin otelində yerləşə, kim istəsə, şəhərin özündə mənzil kirayələyə bilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti