Azərbaycan klublarının böyük əksəriyyəti Portuqaliya bazarını diqqətdə saxlayır.
Təbii ki, söhbət yüksək dəstədən yox, 2-ci və 3-cü liqalardan gedir.
Portuqaliyanın özündən, Braziliya, Kolumbiya, Argentina kimi ölkələrdən gələn legionerlər burada özünü göstərəndən sonra Avropanın başqa ölkələrinin əsas çempionatlarına yol tapır.
Hazırda Premyer Liqada top dalınca qaçan əcnəbilərin az qala yarısı Portuqaliya Sequndasından gəlib. Odur ki, vaxtilə komanda yoldaşı olmuş, hətta bir-birinə rəqib qismində oynamış kifayət qədər futbolçu var.
“Şamaxı”nın yeni transferi Filipe Markes kimi.
28 yaşlı yarımmüdafiəçi vaxtilə İspaniyada top qovub, ötən mövsümü Portuqaliyanın “Portimonense” klubunda keçirib.
O, Sportinfo.az-a açıqlamasında şəxsən tanıdığı futbolçuların adını bir-bir çəkib:
“Azərbaycanda şəxsən tanıdığım çox sayda futbolçular var.
Qarabağ”dakı Joni Montiellə “Rayo Vallekano”da komanda yoldaşı olmuşuq.
Digər “Qarabağ”lı Pedro Bikalyo və “Seltik”ə transfer olunan Kamilo Durana qarşı rəqib qismində oynamışam.
Siyahını uzatmaq olar, sadəcə ilk ağlıma gələn bunlar oldu. Ümumiyyətlə, vaxtilə Portuqaliyada çıxış etmiş futbolçuların əksəri ilə rəqib kimi qarşılaşmışıq”.
HƏBİB / SPORTİNFO.AZ
