Bütün idarəçilər klubdan kənarlaşdırıldı – SON DƏQİQƏ

22 İyun 2022 17:40 Şamaxı 1 545
Bütün idarəçilər klubdan kənarlaşdırıldı – SON DƏQİQƏ

“Şamaxı”nın idarə aparatında çalışan bütün əməkdaşlar işdən uzaqlaşdırılıb.

Onlar qeyri-müəyyən müddətədək AFFA-dan xəbər gözləməli olacaq.

Zaur Axundov bu ayın əvvəlində Müşahidə Şurasının sədri postundan istefa verib. O, şəxsi işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubdan ayrılıb.

AFFA Axundovun gedişindən sonra “Şamaxı”da yeni “quruculuq” işlərinə başlayıb. Şamaxı rayonu İcra Hakimiyyəti (İH) ilə birgə.

Federasiya və İH üumi məsləhətləşmə yolu ilə addımlar atır. Bunun ilk nümunəsi Rüstəm Əliyevin baş məşqçi postundan uzaqlaşdırılması və Cavid Hüseynovun onun yerinə gətirilməsidir.

Dünən gecə saatlarında yaydığımız xəbər artıq bu gün günorta saatlarında təsdiqlənib (https://www.sportinfo.az/idman_xeberleri/kesle/142957.html).

Funksionerlərin idarəçilikdən uzaqlaşdırılması islahatın növbəti “dalğasıdır”. Rəsmilərdən kimlərin geri qaytarılması daha çox AFFA-da asılıdır.

Rayonun İcra Hakimiyyətinə qalsa, Müşahidə Şurasının yeni sədri və tərkibi, o cümlədən, klubun gündəlik işlərini görəcək kadrlar - hamısı bu sahədə yeni simalar olacaq.

“Şamaxı“ bu gün “ASK Arena“nı tamamilə tərk edəcək. Azərbaycan Sənaye Korporasiyası (ASK) klub təmsilçiləri ilə görüşərək, onlara 1 gün vaxt verib.

Tələbə əsasən, stadion və baza axşam saatlarınadək boşaldılmalı və təhvil-təslim aktı imzalanmalıdır.

Əslində, “Şamaxı“lılar mayın 31-də buradan ayrılmalı idi. Sadəcə, yeni məkan axtarışı nəticəsiz qaldığından, onlara əlavə möhlət verilmişdi.

Bu müddət iyulun 1-də başa çatacaqdı, ancaq görünür, arenanı balansına keçirmiş şirkətin daha gözləməyə səbri çatmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!